Millimizin ilk məğlubiyyəti - YENİLƏNİB
13.02.2013 - 19:59
Millimizin ilk məğlubiyyəti - YENİLƏNİB
Bu gün VI Bakı Beynəlxalq Futzal Turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Belarus və Latviya yığmaları öz qruplarında ilk matçlarına çıxıb.

İlk turda qələbə qazanan Azərbaycan milli komandası bu dəfə istirahət edib. Digər qrupda isə Özbəkistan millisi oynamayıb.

İkinci yığmamız isə artıq bu gün qrup qalibi adını təmin edə bilərdi. Özbəkistanı məğlub edən millimiz bu dəfə Belarusu yenməklə birinciliyi təmin etmiş olacaq idi.

Lakin bu baş tutmayıb. Belə ki, yığmamız rəqibinə 5:2 hesabı ilə məğlub olub. Latviya isə moldovalılar üzərində inamlı qələbə qazanıb – 2:0.


13 fevral
B qrupu

Belarus - Azərbaycan-2 - 5:2

A qrupu
Latviya - Moldova - 2:0