Ad günündə, yad meydanda
13.02.2013 - 10:08
Bu gün Tovuzun “Turan” klubunun ad günüdür. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə yaranan qərb təmsilçisi bu gün 21 yaşını qeyd edir.
Azərbaycan çempionatının güclülər dəstəsinin daimi iştirakçısı olan 3 klubdan biri olan “Turan” ad gününü Topaz Premyer Liqasının XVI turundan təxirə salınan “Bakı” ilə matçda qeyd edəcək. Həmin matça meydan sahibi çıxacaq qərblilər qarşılaşması yad stadionda – Bakıdakı “Dalğa Arena”da keçirəcək. Bu da doğma stadionda ot örtüyünün dəyişdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, 1993/94 mövsümündə Azərbaycan çempionu olan tovuzlular avrokuboklarda çıxış edən ilk Azərbaycan klubu kimi tarixə düşüb. Bu, 1994/95 mövsümünün UEFA kubokuna təsadüf edib.

0
0