Ölkə prezidenti milliyə veriləcək mükafatları açıqladı
13.02.2013 - 10:23
Ölkə prezidenti milliyə veriləcək mükafatları açıqladı
Nigeriya milli komandasının üzvlərinin Afrika Millətlər Kubokunun qalibi olmağına görə veriləcək mükafatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər futbolçu ötən bazar yekunlaşan turniri qazandığına görə 32 min dollar alacaq. Bundan əlavə, hökumət hər futbolçuya paytaxt Abucada torpaq sahəsi ayıracaq. Bu haqda Nigeriyanın prezidenti Conatan Qudlak açıqlama verib.

Millinin baş məşqçisi Stiven Keşi isə dövlətdən 64 min dollar alacaq. Komanda üzvlərinə digər mənbələrdən 4,2 milyon dollar mükafat veriləcək.