Millimizin futbolçusundan “sarı” debüt
13.02.2013 - 11:15
Azərbaycan millisinin futbolçusu David Qarayev bu il transfer olunduğu Rusiyanın “OİK-Energiya” klubunda debüt edib. Apasport.az saytının məlumatına görə, U-19-un yarımmüdafiəçisinin debütü Milli Futbol Liqasının kubokuna təsadüf edib.
Qarayev I divizion klublarının qatıldığı yarışın II turunda meydana çıxıb. Futbolçumuz Xabarovsk təmsilçisinin “Tom”la səfər matçının 2-ci hissəsində oyuna daxil olub. 46-cı dəqiqədə meydana çıxan Qarayev artıq 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, hər 2 matçında heç-heçə edən “OİK-Energiya” 4 komandanın yer aldığı A qrupunda 2-ci pillədə qərarlaşıb.

0
0