Nurullayev yığmamızın oyununda
13.02.2013 - 11:53
Nurullayev yığmamızın oyununda
VI Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçiriləcək II turun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA baş tutacaq qarşılaşmaların ədalət təmsilçilərinin adlarını açıqlayıb. Bu dəfəki görüşləri Yusif Nurullayev və Ramil Namazov idarə edəcək.

13 fevral
16:30. Belarus - Azərbaycan-2
Hakimlər: Yusif Nurullayev, Elçin Məmmədov, Ramiz Məhərrəmov

18:30. Latviya – Moldova
Hakimlər: Ramil Namazov, Elçin Səmədli, Azad Ə.Hüseynov