Azərbaycan futzalında unikal hadisə!
13.02.2013 - 14:24
Azərbaycan futzalında unikal hadisə baş verib. Apasport.az saytının məlumatına görə, dünya idmanında oynayan məşqçilərə təsadüf olunsa da, onlar meydana elə çalışdırdığı komandada çıxıblar. Millimizin braziliyalısı – Biro Jade kimi tanınan Nilson Maşado dos Santos isə bu prinsipdən də kənara çıxıb.
VI Bakı Beynəlxalq Futzal Turnirində Azərbaycan-2 yığmasının baş məşqçisi olan cənubi amerikalının özü Azərbaycan millisində çıxış edir. İlk oyun günündə öncə onun çalışdırdığı komanda meydana çıxıb.
Biro Jadenin göstərişlərini meydanda icra edən komandaya millilərin koordinatoru Hacıbala Abdullayevlə məşqçi Allahverdi Babayev rəhbərlik edirdi. Baş məşqçi isə əsas komanda ilə oyuna hazırlaşırdı. Sonradan Jade Latviya ilə qarşılaşmaya çıxıb, qol da vurdu.
Yer aldığı qruplarda lider olan millilərimizin finalda üz-üzə gəlməsi istisna deyil. Təbii ki, həmin matçda da Biro Jade əsas komanda ilə meydana çıxacaq, ikincilərə isə Abdullayevlə Babayev göstəriş verəcək. Lakin onlara oyunqabağı tapşırığı məhz baş məşqçi verir.
Yəqin ki, ötən ay 40 yaşını – yubileyini qeyd edən ulduz futzalçımız yetirmələrinə əsas yığmaya, o cümlədən özünə qarşı necə oynamağı tapşıracaq.

0
0