Bojidar Bandoviç: Daha çox qol vurmalı idik
13.02.2013 - 17:26
Bojidar Bandoviç: Daha çox qol vurmalı idik
“Məqsədimiz yalnız qələbə qazanmaq idi. Buna yaxşı oyunla nail olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turundan “Turan”la təxirə salınan oyunu dəyərləndirib.

O bildirib ki, turnir cədvəlində vəziyyətlərini yaxşılaşdırmaqla “altılıq” uğrunda mübarizələrini sona kimi davam etdirəcəklər: “Həm oyundan, həm də nəticədən razı qaldım. Fasiləyə hesabda minimal üstünlüklə yollandıq. Ancaq fikrimcə, ilk hissədə 1 yox, daha çox qol vurmalı idik. Buna ikinci hissədə nail olduq. Bu qələbə son 3 oyunumuza ümidlə yollanmaq baxımından da lazım idi”.

Qeyd edək ki, “Bakı” bu qələbədən sonra turnir cədvəlində 2 pillə irəliləyərək, 8-ci yerə yüksəlib.