“Neftçi” bizdən güclü idi”
13.02.2013 - 17:55
"Komandamızda yaxşı futbolçular var. Təcrübəlilərlə yanaşı, gənclər də heyətdə yer alıb. Baş məşqçimiz işi biləndir. Yaxşı məşqlər keçir". Apasport.az saytının məlumatına görə, bu fikirlər "Kəpəz"in qış transfer dövründə heyətinə qatdığı Pirkulı Saparova məxsusdur.
Qarşıdakı oyunlara hazırlaşdıqlarını və hər şeyin normal olduğunu söyləyən türkmənistanlı legioner “Kəpəz”ə kömək etmək üçün gəldiyini bildirib: "Komandamızın çətin durumda olduğunu bilirəm. Klubu düşdüyü vəziyyətdən çıxarmaq üçün canla-başla mübarizə aparacağıq. Çalışacağıq ki, uğursuzluğa son qoyub turnir cədvəlində yuxarı pillərə doğru hərəkət edək. Allah qoysa, hər şey yaxın vaxtda yaxşı olar".
Yarımmüdafiəçi çempionatımızda debüt etdiyi oyun haqda da danışıb. O, "Neftçi" ilə oyunu dəyərləndirib: “Neftçi” bizdən güclü idi. Avroliqada oynamış klubdur. Bizim komandamız isə yeni yığışıb. Uygunlaşma üçün müəyyən vaxt lazımdır. Çalışdıq ki, onlara qarşı layiqli mübarizə aparaq. Amma bu hardasa alınmadı".

0
0