Vaqif Sadıqov: Bu gün “Neftçi” udmadı, biz uduzduq
13.02.2013 - 18:27
Vaqif Sadıqov: Bu gün “Neftçi” udmadı, biz uduzduq
“Neftçi” ilə oyunda kobud səhvlər buraxdıq. Vacib oyunda belə səhvlər buraxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının IV turundan təxirə salınan “Neftçi” ilə oyun haqda fikirlərini açıqlayıb: “Neftçi” Avroliqada oynamış komandadır, böyük təcrübəyə malikdir. Ümumilikdə bu matçda yaxşı oynadıq. Bəzi mövqelərdə boşluqlar buraxdıq. Bunun nəticəsində də qollar buraxdıq. Bu gün “Neftçi” udmadı, biz uduzduq”.

Qeyd edək ki, AZAL öz meydanında 1:2 hesabı ilə uduzub.