“Rəvan” hazırlıqlarını davam etdirir - FOTOSESSİYA
13.02.2013 - 21:04
“Rəvan” hazırlıqlarını davam etdirir - FOTOSESSİYA
Topaz Premyer Liqasında XX turun “Kəpəz”lə oyununa hazırlıqlarını davam etdirən “Rəvan” gündə 1 məşqlə kifayətlənir. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar” “Bayıl Arena”da məşq edirlər.

Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə-yetirən futbolçuların istəyi qələbə seriyası yaxalamaqdır. “Turan”la görüşdə 82 günlük həsrətə son qoyaraq hesabına 3 xal yazan “Rəvan” növbəti zəfərə köklənib. Düşərgədəki ab-hava da pozitiv olmağa əsas verir. Komandada zədəli futbolçu yoxdur. Tovuz klubu ilə matçda zədələndiyindən oyunu yarımçıq tərk etməli olan Samuel Barlay da komanda ilə ümumi məşqlərdə iştirak edir.

Qeyd edək ki, “Kəpəz” – “Rəvan” görüşü fevralın 16-sı, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək.

Mənbə: revanfc.az