“Sumqayıt” heyətinə əvəzedicilərindən 2 futbolçu cəlb etdi
13.02.2013 - 22:04
“Sumqayıt” heyətinə əvəzedicilərindən 2 futbolçu cəlb etdi
Topaz Premyer Liqasının son turunda “Bakı” ilə heç-heçə edən (1:1) “Sumqayıt” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Bayıl Arenada səhər məşqinə çıxan Bernhard Raabın komandası tam heyətlə “Qarabağ”la oyuna hazırlaşır.

Bu arada, əvəzedici komandanın iki üzvü - Bayram Nuruzadə və Fərid Kərimzadə də əsas komandaya cəlb olunub. Hər iki futbolçu səhər məşqində iştirak edib.

Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasının növbəti turu çərçivəsində fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.