UEFA İbrahimoviçin cəzasını artıra bilər
14.02.2013 - 00:08
UEFA-nın İntizam Komitəsinin Zlatan İbrahimoviçin cəzasına baxacağı vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Valensiya” (1:2) ilə qarşılaşmada qırmızı vərəqə alaraq meydandan qovulan Paris klubunun isveçli futbolçusunun işinə fevralın 27-də baxılacaq.
Lakin 31 yaşlı forvard martın 6-da “Valensiya” ilə keçiriləcək cavab matçını avtomatik buraxacaq. UEFA-nın İntizam Komitəsi İbrahimoviçin cəzasını artıra da bilər. Çünki o, ispan klubunun yarımmüdafiəçisi Andres Quardadonun ayağının üzərinə sərt basmışdır.
Qeyd edək ki, UEFA 2010-cu ilində “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi barəsində də oxşar qərarı çıxarmışdır. Hansı ki, fransalı oyunçu Çempionların Liqasının yarımfinal oyununda “Lion”a qarşı matçda qırmızı vərəqə ilə cəzalandırılmışdır. Ali futbol qurumunun İntizam Komitəsi Riberini 3 oyunluq meydana çıxmaqdan məhrum etmişdir. O, bununla əlaqədar olaraq, “İnter”ə qarşı final qarşılaşmasını buraxmaq məcburiyyətində qalmışdır.

0
0