Kriştiano Ronaldo: Hörmətsizlik etmədim
14.02.2013 - 03:30
“Bu, ağır oyun idi. “Mançester Yunayted” müdafiədə çox güclü çıxış etdi. Düşünürəm ki, biz daha yaxşı oynayırdıq və daha çox top vurmağa layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real” hücumçusu Kriştiano Ronaldo deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Mançester Yunayted”lə (1:1) qarşılaşmadan sonra fikirlərini bildirib.
Sabiq komandasının qapısından qol keçirən portuqaliyalı futbolçu, fərqlənəndən sonra sevinməməsinin səbəbini açıqlayıb: “Biz hər zaman qazanmağı düşünürük və “Old Trafford” stadionuna da qələbə üçün gedəcəyik. Qol vuranda sevinmədim. Çünki “Mançester Yunayted” mənim keçən uşaqlıq illərim və 6 il yaşadığım evimdir. Onlara hörmətim var və mənə kömək olan insanlara qarşı hörmətsizlik etmədim”.

0
0