“Hər şey cavab matçında həll olunacaq”
14.02.2013 - 03:55
“Hər şey cavab matçında  həll olunacaq”
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Mançester Yunayted”lə evində 1:1 hesablı bərabərə qalan “Real”ın baş məşqçisi Joze Mourinyo matçla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis hər iki komandanın növbəti mərhələyə keçmə şanslarının eyni olduğunu ifadə edib.

O, komandasına güvəndiyini vurğulayıb: “Növbəti mərhələyə keçmə şansları bu vəziyyətdə bərabərdir. Təbii ki, mançesterli azarkeşlərin qarşısında buradakı kimi oynaya bilməyəcəyik. Bir qoldan daha çoxunu haqq etdik. Rəqibə hörmətim var. Amma komandama da güvənirəm. Hər şey cavab matçında həll olunacaq”.

Mourinyo “Old Trafford” stadionunda da öz oyunlarını oynayacaqlarını dilə gətirib: “İlk qarşılaşmaları evimizdə oynamağı sevirəm. Çünki ikinci matçda nə əldə etmək istədiyinizi bilirsiniz. İndi nə etmək məcburiyyətində olduğumuzun fərqindəyik. Onlar öz oyunlarını burada oynadılar. Biz də “Old Trafford”da qollarımızı vura bilərik”.