Ferqyusson Ronaldonu təriflədi
14.02.2013 - 04:21
Ferqyusson Ronaldonu təriflədi
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Real”la səfərdə 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson matçla bağlı fikirlərini səsləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı birinci oyunun nəticəsinin kafi olduğunu vurğulayıb.

Şotlandiya mütəxəssis gecənin qəhrəmanlarından birini onun komandasının qapıçısı olduğunu bildirib: “De Xea üç və ya dörd inanılmaz zərbəni dəf etdi. Amma buna baxmayaraq, biz özümüz də bir neçə real qol şansları qaçırdıq. Düşünürəm ki, biz kifayət qədər hücum nümayiş etdirərək çox yaxşı futbol görsətdik. Bəli, topa nəzarət o qədər də etmirdik. Çünki buna məcbur idik. Lakin futbolçular möhkəm olduqlarını görsətdilər və biz əla nəticə ilə “Old Trafford”a qayıdırıq. Hələ daha böyük bir işi həll etmək lazımdır. Amma hər şey bizim əllərimizdədir”.

Ferqyusson sabiq yetirməsi Kriştiano Ronaldoya da təriflər yağdırıb: “Ronaldonın vurduğu baş zərbəsi əla və qarşısıalınmaz dərəcədə idi. Paltardəyişmə otağında Evraya bunun qarşısının ala bilməməsinin normal olduğunu söylədim. Kriştiano topu ələ keçirdiyi zaman, ancaq dua edərsən”.