“Komandam matçda dominantlıq etdi”
14.02.2013 - 05:22
“Komandam matçda dominantlıq etdi”
“Nəticədən razıyam. Çünki çətin bir stadionda oynadıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp səsləndirib. Almaniyalı çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Şaxtyor”la (2:2) qarşılaşmadan sonra açıqlama verib.

O, futbolçularının iki dəfə konsentrasiyalarını itirdiklərini və yenidən güclərini toplayıb, oyuna geri qayıtdıqlarını vurğulayıb: “Komandam matçda dominantlıq etdi və heç bir şey edə bilməyəcəyimiz mövqelərdən qol buraxdıq. Futbolçularım iki dəfə konsentrasiyalarını itirirdilər. Həmçinin bəzən oyunun ritmini də itirdik. Amma hər halda onlar güclərini toplayıb, oyuna geri qayıtdılar. Bizə baha başa gələn fərdi səhvləri bir daha təkrarlamayacağıq. İki dəfə hesabda geri olduğun zaman, yenidən qələbə qazanmaq çox çətindir”.