Anelka İbrahimoviçə şərik oldu
14.02.2013 - 06:25
Anelka İbrahimoviçə şərik oldu
Qış transfer dövrəsində Çinin “Şanxay Şenxua” klubundan “Yuventus”a transfer olunan Nikolya Anelka yeni komandasının heyətində Zlatan İbrahimoviçin rekorduna çatıb. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Seltik”lə (3:0) qarşılaşmada meydana çıxaraq sözügedən turnirdə 6 ayrı-ayrı klublarda forma geyinən PSJ-nin isveçli hücumçusunun rekorduna şərik olub.

Qeyd edək ki, Anelka bundan əvvəlki illərdə Çempionlar Liqasında “Arsenal”, “Real”, “Çelsi”, PSJ və “Fənərbaxça”nın heyətində meydana çıxıb. İbrahimoviç isə “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ-nin heyətində Avropanın mötəbər klub turnirində forma geyinib.