Mourinyonun məğlubedilməzliyi, Ronaldonun liderliyi
14.02.2013 - 09:10
Mourinyonun məğlubedilməzliyi, Ronaldonun liderliyi
“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında (ÇL) uğurlu seriyasını davam etdirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Avropanın ən nüfuzlu klub turnirində İngiltərə klublarında evdə heç vaxt uduzmayıb.

Bu, “Mançester Yunayted”lə 1/8 final mərhələsinin ilk oyununda da davam edib – 1:1. Əslində, madridlilər həmin oyunda hesabda geri olsalar da, digər portuqaliyalı legioneri – Kriştianu Ronaldonun qolu sayəsində tarazlığı bərpa edib.

Bununla da hücumçu 2009-cu ildən gəldiyi “Mançester Yunayted”ə qarşı ilk oyundaca başla gözəl qol olub. Nəticədə cari turnirdə vurduğu qolların sayını 7-yə çatdıran Kriştianu bombardirlər yarışında “Qalatasaray”ın hücumçusu Burak Yılmazı arxada qoyub və vahid lider olub.

Qeyd edək ki, Mourinyo 2 dəfə qalibi olduğu ÇL-də “Portu”, “Çelsi” və “İnter”in də baş məşqçisi olub.