Azərbaycan əsilli futbolçu “Krılya Sovetov”la anlaşdı
16.02.2013 - 06:42
Azərbaycan əsilli futbolçu “Krılya Sovetov”la anlaşdı
Azərbaycan əsilli rusiyalı futbolçusu Emin Mahmudovun yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ına aid olan 20 yaşlı yarımmüdafiəçi “Krılya Sovetov”un heyətində çıxış edəcək.

Cümə günü axşam saatlarında Mahmudovla yanaşı “Krılya Sovetov”un baş direktoru Denis Maslov İvan Maksimovla da müqavilə imzalayıb. Emin Samara təmsilçisinin heyətində 1 il icarə əsasında çıxış edəcək. 18 yaşlı Maksimov isə “Krılya Sovetov”la 3 illik müddətinə anlaşıb. Mahmudov yeni komandasında 67, İvan isə 95 nömrəli formanı seçib.

Qeyd edək ki, “Krılya Sovetov” Rusiya Premyer Liqasında 19 oyundan 16 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
0