AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb
16.02.2013 - 16:14
AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb
AFFA-nın növbəti Konfransının gündəliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

Qeyd edək ki, toplantı martın 15-də, saat 11:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.

Mənbə: affa.az
0