“Bavariya” səfərdə, “Portu” evdə sevindi - YENİLƏNİB
20.02.2013 - 01:36
Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Arsenal” “Bavariya”nı “Portu” isə “Malaqa”nı sınağa çəkib.
Baş tutan görüşlərdən ən maraqlısı Londonda qeydə alınıb. Belə ki, doğma publika önündə Münhen klubunu qəbul edən “topçular” rəqibinə boyun əyib. Fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanan “Arsenal”, ikinci yarıda vurulan qollardan birinin əvəzini çıxıb. Hesab arasındakı fərqin azalmasına baxmayaraq “Bavariya” meydan sahiblərini daha bir dəfə də mərkəzdən başlamağa məcbur edib – 1:3.
Beləliklə, münhenlilər cavab matçı öncəsi səfərdən sərfəli nəticə ilə qayıdıb.
Gecənin digər görüşündə isə azarkeşlər “Arsenal” - “Bavariya” oyunundan fərqli olaraq, 1 qola şahidlik edib. Qarşılaşmanın 56-cı dəqiqəsində Joao Moutinyonun vurduğu top portuqaliyalılara minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, 1/8 final mərhələsinin son 2 oyunu – “Milan” (İtaliya) – “Barselona” və “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya) matçları bu gün keçiriləcək.
19 fevral
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) -
Qollar: Lukaş Podolski, 55 - Toni Kross, 7, Tomas Müller, 21, Mario Mandjukiç, 77
“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya) -
Qol: Joao Moutinyo, 56

0
0