Millimizin futbolçusu üçün limit
19.02.2013 - 10:03
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirini heyətinə qatan Rumıniyanın “Petrolul” klubunun qış transferləri bu ölkədən olan həmkarlarımız tərəfindən dəyərləndirilib. Apasport.az saytının məlumatına görə, rumıniyalılar Ploeşti təmsilçisinin yeni oyunçularla bağlı seçimini ekzotik adlandırıb. Buna səbəb komandanın heyətindəki legionerlərin sayının 15-ə çatmasıdır. Bu, qış transferlərindən sonra belə yüksək həddə çatıb.
İndi “Petrolul”da 12 müxtəlif ölkədən futbolçu çıxış edir. Belarus, Braziliya, Haiti, Tunis, Boliviya, Litva, Mərkəzi Afrika Respublikası, Portuqaliya, Kabo Verde, Əlcəzair, Konqodan olan oyunçular həmyerlimizin rəqibi olacaq. Ona görə legioner limitinin sərt olduğu Rumıniyada Elhad üçün çox çətin olacaq. Çünki indi Rumıniyada legioner limiti 5-ə bərabərdir. 3,5 illik müqavilə imzalayan Nəziri 15 legioner arasında ən yaxşılardan olmalıdır ki, şans qazansın. Lakin bu hələ yaxşıdır. Yayda limit 3-ə endiriləcək və müqavilənin növbəti 3 ili daha çətin olacaq.

0
0