Əhmədov necə Nəziri oldu?
19.02.2013 - 12:43
Azərbaycan millisinin futbolçusu Elhad Nəziri son günlər idman mediasının diqqətini özünə cəlb edib. Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi öncə “Milsami”dən (Moldova) “Petrolul”a baxışa yollanıb, yoxlama oyunlarında meydana çıxdı. Sonra isə Rumıniya təmsilçisi bəyəndiyi Nəziri ilə 3,5 illik müqavilə imzaladı.
Maraqlıdır, son yarım ildə həm yığmaya cəlb edilən, həm də Rumıniyaya yollanan ilk azərbaycanlı kimi tarixə düşən bu oğlan kimdir?
1992-ci il dekabrın 29-da anadan olan Nəziri ilk dəfə 2009-cu ilin avqustunda diqqət mərkəzinə düşmüşdü. Onda Elhad çimərlik futbolu üzrə yığmamızın heyətində İspaniyanın Vilyareal şəhərinə yollanmışdı. Bundan sonra bir də ötən il əsas milliyə çağırılanda diqqət çəkdi. Həmin vaxt artıq “Milsami”də oynayan müdafiəçini Berti Foqts milliyə çağırdı. Məlum oldu ki, Elhad ötən yay Moldova klubuna keçibmiş.
20 yaşında bu ölkəyə üz tutan arxa xətt oyunçusu Ramin Nəsibov, Elmar Xeyirov və Daniel Axtyamovdan sonra Moldovada top qovan 4-cü futbolçumuz oldu. Lakin Elhad yarım ilin böyük hissəsini ehtiyatda keçirdi. 20 turda 6 qarşılaşmaya çıxıb, 464 dəqiqə oynadı və 2 sarı vərəqə ilə cəzalandı.
Bundan sonra isə rumıniyalı baş məşqçi Ştefan Stoykanın da məsləhətindən yararlanıb “Petrolu”a baxışa getdi. Tanınmış Kosmin Kontra onu “Zeta” (Çernoqoriya) və “Liteks”lə (Bolqarıstan) matçlarda ümumilikdə 89 dəqiqə sınayıb, 3,5 illik müqavilə imzalanmasını istədi.
Bu sadalanan faktlar Elhadın karyerasının ikinci hissəsidir: Nəziri soyadına qovuşduğu vaxtdan sonrakı dönəm. Çünki bunadək müdafiəçi Əhmədov soyadı ilə çıxış edirdi.
2005-ci ildə Azərbaycan çempionatının I dəstəsində də canlanma başlamışdı. Yavaş-yavaş komandaların sayı artırdı. Lakin bu artım daha çox Premyer Liqa təmsilçilərinin ikinci komandaları hesabına mümkün olurdu. Belə komandaların sayı isə ildən-ilə çoxalırdı. Digərləri kimi, “Qarabağ” da aşağı dəstəyə öz komandasını buraxmışdı. Əvəzedicilərin çempionatı olmadığından gənclər özlərini məhz I dəstədə oynamaqla göstərirdilər. Bu gün millinin üzvləri olan Əfran İsmayılov, Rauf Əliyev və Qara Qarayev də məhz “Qarabağ-2” ilə I dəstədə oynaya-oynaya püxtələşmişdilər. Elə Elhad Əhmədov kimi.
AFFA-nın rəsmi saytına baxsaq (www.affa.az/index.php?r=127&lang=az) 2007/08 mövsümündə I dəstənin B qrupunda çıxış edən “Qarabağ-2”də Elhadın da adı var. Həmin linkdə yarımmüdafiəçi olan Elhad Əhmədovun təvəllüdü 1990-cı il göstərilib. 178 sm boya, 80 kq çəkiyə malikdir. Yaşar Hüseynovun baş məşqçisi olduğu komandada Qara Qarayev, Şəhriyar Xəlilov və Premyer Liqada oynayan başqa futbolçular da yer almışdı. Həmin mövsümdə Əhmədov meydana çıxdığı 8 görüşdə 1 qol vurub. Sonrakı illərdə “Qarabağ”ın əvəzedici heyətində də yer alıb: amma 2-ci komanda ilə I dəstədə deyil, əvəzedicilərin çempionatında.
Əvəzedicilərin çempionatında isə daha çox 2009-cu ilin mayında hakimləri təhqir etdiyi üçün xatirələrdə qalıb. Sonradan Nəziri qısa müddətdə “Turan”da zühur etdi.
“Qarabağ”ın rəsmi saytına da baxsaq (www.qarabagh.com/1987/?name=viewpers&pid=150&cat=3&lang=1) 1990-cı il yanvarın 8-də anadan olan Elhad Əhmədovun adına rast gələrik. Burdan görünür ki, Nəziriyə çevrilərkən futbolçu 2 il 11 ay, yəni 35 ay cavanlaşıb.
Əslində, ad-soyadla birlikdə doğum tarixinin də dəyişdirilməsi futbolumuzda adi haldır. Vaxtilə Ramil Mirzəyev (indiki Rail Məlikov) və Aleksandr Məmmədovun (Saşa Yunisoğlu) “yoxa çıxıb”, yeni adla peyda olması hələ də unudulmayıb.
Elhadın adına çimərlik futbolu yığmamızda da rast gəlmək mümkündür. Millimizlə 2011-ci ildəki beynəlxalq turnirə qatılan müdafiəçi 5 oyuna 1 sarı vərəqə almaqla, turnirin tarixinə düşüb - www.beachsoccer.ru/tourn/tournament30/players/player3136/.
Maraqlıdır ki, həmin vaxt artıq Nəziriyə çevrilmiş futbolçu turnirə əvvəlki soyadı ilə yollanıbmış...

0
0