AFFA 3 klubu cəzalandırdı
19.02.2013 - 13:01
AFFA 3 klubu cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XX turunun oyunlarından ikisi ilə bağlı qərar çıxarılıb. Qurum 3 klubun hərəsini 1000 manat cəriməyə məruz qoyub.

“Sumqayıt”la oyunun 32-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün “Qarabağ” 1000 manat ziyana düşüb. “İnter” – “Qəbələ” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından, bu komandalar da 1000 cərimə olunub.