İlk rəqib və hakimlər
19.02.2013 - 14:33
İlk rəqib və hakimlər
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin mübarizə aparacağı II qrupun oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaların başlama saatı və hakimləri də müəyyənləşib.

Slovakiyada keçiriləcək turnirdə millimizin ilk sınağı təsnifat mərhələsindən gələn Norveçə qarşı olacaq. Qrupun matçlarını Lemal Paskal (Belçika), Kemal Çetin (Türkiyə), Kalin Kinov (Bolqarıstan), Vitali Rakutski (Belarus) idarə edəcək. Hakim-inspektor isə İvan Novak (Xorvatiya) olacaq.


27 mart
17:30. Azərbaycan – Norveç
20:00. Slovakiya - Bosniya və Herseqovina

28 mart
20:30. Bosniya və Herseqovina - Azərbaycan
13:00. Slovakiya – Norveç

30 mart
20:00. Norveç - Bosniya və Herseqovina
22:30. Azərbaycan – Slovakiya

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.


Mənbə: affa.az