Portuqaliyalı futbolçular ötən həftə - STATİSTİKA
19.02.2013 - 16:42
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Portuqaliya yığmasının futbolçuları arxada qalan həftədə Avropanın meydanlarında özlərini göstəriblər. Apasport.az saytının məlumatına görə, rəqibin 26 futbolçusu həftə ərzində üst-üstə 25 qarşılaşmada meydana çıxıb.
5 portuqaliyalı həftə ərzində 2 dəfə - əvvəl avrokuboklarda, ardınca ölkə çempionatında mübarizə aparıb. Bu “beşlik”dən dördü 180 dəqiqə oynayıb, yəni matçları əvəzolunmadan keçirib. Əvəzində digər 5 oyunçu üçün həftə heç nə ilə əlamətdar olmayıb. Onlar komanda yoldaşlarını kənardan izləyiblər. Avrokubok və çempionatda oynamaq imkanı olan digər 3 futbolçu isə 2 oyundan 1-də şans qazanıb.
Ümumilikdə keçirdikləri 25 oyundan 18-də əvəzolunmaz olan Portuqaliya yığmasının üzvləri 4 sarı və 1 qırmızı vərəqə alıblar. Meydandan qovulan Türkiyə “Fənərbaxça”sında çıxış edən Raul Meyreleşdir. Əvəzində rəqibimiz həftə ərzində 3 qol sevinci yaşayıb. Kriştianu Ronaldo Çempionlar Liqasında, Nani İngiltərə Premyer Liqasında, Rikardo Koşta isə İspaniya La Liqasında bunu bacarıb.
Əvəzində Portuqaliya yığmasının qapıçıları uğursuz həftə yaşayıblar. Rəqibin 3 qapıçısından heç biri qapısını toxunulmaz saxlaya bilməyib. Düzdür, onların heç biri komandasının məğlubiyyətinə üzülməyib. Amma 3 qapıçı ümumilikdə 5 top buraxıb.
Mənbə: Futbol dünyası

Futbolçu | Amplua | Yaş | Millidə oyun | Millidə qol | Klub (Ölkə) | Rəqib – nəticə | Dəqiqə (qol, vərəqə) |
Eduardo | q | 30 | 30 | 0 | İstanbul BB (Türkiyə) | Orduspor 2:2 (s) | 90 dəq. |
Rui Patrisio | q | 25 | 20 | 0 | Sportinq (Portuqaliya) | Jil Visente 3:2 (s) | 90 dəq. |
Beto | q | 30 | 4 | 0 | Sevilya (İspaniya) | Deportivo 3:1 (e) | 90 dəq. |
Pepe | m | 29 | 49 | 3 | Real Madrid (İspaniya) | Mançester Yunayted 1:1 (e) Rayo Valyekano 2:0 (e) | 84-cü dəq. meydana daxil olub 90 dəq. (sarı) |
Bruno Alveş | m | 31 | 61 | 6 | Zenit (Rusiya) | Liverpul 2:0 (e) | oynamayıb |
Enrike Sereno | m | 27 | 0 | 0 | Valyadolid (İspaniya) | Atletiko 0:3 (e) | oynamayıb |
Fabio Koentrao | m | 24 | 32 | 1 | Real Madrid (İspaniya) | Mançester Yunayted 1:1 (e) Rayo Valyekano 2:0 (e) | 90 dəq. 90 dəq. |
Rikardo Koşta | m | 31 | 13 | 0 | Valensiya (İspaniya) | PSJ 1:2 (e) Malyorka 2:0 (e) | 90 dəq. 90 dəq. (qol) |
Luis Neto | m | 24 | 1 | 0 | Zenit (Rusiya) | Liverpul 2:0 (e) | 90 dəq. (sarı) |
Silvio | m | 25 | 6 | 0 | Deportivo (İspaniya) | Sevilya 1:3 (s) | 90 dəq. |
Joao Pereyra | m | 28 | 24 | 0 | Valensiya (İspaniya) | PSJ 1:2 (e) Malyorka 2:0 (e) | 90 dəq. (sarı) 90 dəq. |
Migel Lopes | m | 26 | 4 | 0 | Sportinq (Portuqaliya) | Jil Visente 3:2 (s) | 90 dəq. |
Migel Veloso | ym | 26 | 35 | 2 | Dinamo Kiyev (Ukrayna) | Bordo 1:1 (e) | 90 dəq. |
Kustodio | ym | 29 | 7 | 0 | Braqa (Portuqaliya) | Rio Ave 1:1 (s) | 90 dəq. |
Joao Moutinyo | ym | 26 | 55 | 2 | Portu (Portuqaliya) | Beyra-Mar 2:0 (s) | 81 dəq. |
Ruben Amorim | ym | 28 | 5 | 0 | Braqa (Portuqaliya) | Rio Ave 1:1 (s) | oynamayıb |
Andre Qomeş | ym | 19 | 0 | 0 | Benfika (Portuqaliya) | Bayer 1:0 (s) Akademika 1:0 (e) | 41 dəq. oynamayıb |
Raul Meyreles | ym | 29 | 65 | 8 | Fənərbağça (Türkiyə) | BATE 0:0 (s) Trabzonspor 3:0 (s) | 4 dəq. (qırm.) oynamayıb |
Ruben Mikael | ym | 26 | 11 | 2 | Braqa (Portuqaliya) | Rio Ave 1:1 (s) | oynamayıb |
Kriştianu Ronaldo | h | 28 | 101 | 38 | Real Madrid (İspaniya) | Mançester Yunayted 1:1 (e) Rayo Valyekano 2:0 (e) | 90 dəq. (qol) 90 dəq. (sarı) |
Nelson Oliveyra | h | 21 | 8 | 1 | Deportivo (İspaniya) | Sevilya 1:3 (s) | 66-cı dəq. meydana daxil olub |
Danni | h | 29 | 24 | 4 | Zenit (Rusiya) | Liverpul 2:0 (e) | 53 dəq. |
Nani | h | 26 | 65 | 13 | Mançester Yunayted (İngiltərə) | Real 1:1 (s) Ridinq 2:1 (e) | Oynamayıb 43-cü dəq. meydana daxil olub (qol) |
Silvestr Varela | h | 28 | 16 | 3 | Portu (Portuqaliya) | Beyra-Mar 2:0 (s) | oynamayıb |
Eder | h | 25 | 5 | 0 | Braqa (Portuqaliya) | Rio Ave 1:1 (s) | 90 dəqiqə |
Elder Poştiqa | h | 30 | 58 | 24 | Saraqosa (İspaniya) | Osasuna 0:1 (s) | oynamayıb |
Mənbə: Futbol dünyası
0
0