Millimizin futbolçusu bürünc medal qazandı
19.02.2013 - 18:40
Millimizin futbolçusu bürünc medal qazandı
Azərbaycan millisinin futbolçusu Şamil Qurbanov bu il transfer olunduğu Rusiyanın “Baltika” klubunda ilk mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, U-21-in üzvü Milli Futbol Liqasının kubokunun bürünc mükafatçısı olub.

Belə ki, I divizion təmsilçilərinin qatıldığı yarışda bu gün III yer uğrunda qarşılaşma baş tutub. Nalçik “Spartak”ı ilə görüşən kalininqradlılar 1:0 hesabı ilə qalib gəlib. Şamil bu matçı buraxsa da, komandası ilə birlikdə turnirin 3-cü mükafatını qazanıb.

Qeyd edək ki, yığmamızın digər üzvü David Qarayevin çıxış etdiyi “OİK-Energiya” yarışda 6-cı yeri tutub.