“Neftçi”nin ən yaxşısı müəyyənləşdi
19.02.2013 - 18:55
“Neftçi” xarici şirkətlərlə, oyun zamanı futbolçuların fərdi keyfiyyətlərini tam şəkildə analiz edilməsi və müvafiq statistik göstəricilərin müəyyənləşdirilməsi üçün müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, anlaşmaya əsasən ilk olaraq AZAL-“Neftçi” matçında müxtəlif rakurslarda videokameralar quraşdırılmış və futbolçuların fərdi göstəriciləri tam şəkildə müəyyənləşdirilərək rəsmi şəkildə kluba təqdim edilib.
Nəticələrə əsasən futbolçuların fərdi hazırlığı yüksək səviyyədədir. Onlar arasında ən yaxşı göstəricilərə malik olanı isə Araz Abdullayevdir.
1.Araz Abdullayev – 12.555 m.
2.Rəşad Sadiqov – 12.082 m.
3.Flavinyo – 11.920 m.
4.Erik Ramos – 11.577 m.
5.Mahir Şükürov – 10.664 m.
6.Nikolas Kanales – 10.182 m.
Qeyd edək ki, bu təcrübənin “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell” Arenada da davamlı olaraq tətbiq olunması nəzərdə tutulub.
Mənbə: neftchipfk.com

0
0