Ərdoğan Droqbaya heyran qaldı
19.02.2013 - 21:43
“Qalatasaray”ın yeni transferi, məşhur futbolçu Didye Droqbanın uğurlu debütü Ədalət və İnkişaf Partiyasının iclasında da gündəmə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, iclasda futbol söhbəti zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan Fil Dişi Sahili milli komandasının üzvünü “Cim-Bom”un “Akisar BS” matçında göstərdiyi çıxışı ilə çox bəyəndiyini bildirib.
Baş nazir Didyenin beş dəqiqədə matçın taleyini dəyişdirdiyini vurğulayıb: “Droqba böyük futbolçudur. Onu “Çelsi”də heyranlıqla izləyirdik. “Qalatasaray”da da eyni performansı görəcəyik. O, beş dəqiqədə matçın gedişatını dəyişdirdi. Demək ki, Türkiyədə də iş görəcək. Transfer belə edilməlidir”.

0
0