Noçerino ilə Flamini “Milan”a kömək edə bilməyəcək
19.02.2013 - 22:20
Noçerino ilə Flamini “Milan”a kömək edə bilməyəcək
Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Barselona” ilə qarşılaşacaq “Milan” meydana çıxa biləcək futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bir müddətdir zədədən əziyyət çəkən Antonio Noçerino və Matye Flamini oyunu buraxmaq məcburiyyətində qalacaq.

“Rossonyerlər” in baş məşqçisi Massimiliano Alleqri “Barselona” ilə matçda bu futbolçulara güvənəcək:

Abyatti, Amelia, Qabriel, Abate, De Şilyo, Mekses, Yepes, Sapata, Ambrozini, Boatenq, Konstant, Kristante, Montolivo, Muntari, Traore, Krkiç, Əl-Şəravi, Nyanq, Pazzini.

Qeyd edək ki, “Milan” – “Barselona” matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.