Yens Keller: Futbol 2 oyunçudan ibarət deyil
20.02.2013 - 00:48
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə səfərdə “Qalatasaray”la üz-üzə gələcək “Şalke”nin baş məşqçisi Yens Keller mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Türk Telekom Arena”da təşkil edilən konfransda 42 yaşlı çalışdırıcı jurnalistlərin sualları cavablandırıb.
O, “Cim-Bom”un oyununu çox yaxşı təhlil etdiklərini vurğulayıb: “Bizim üçün “Qalatasaray” çox ciddi bir rəqibdir. Lakin öz oyunumuzu oynayacağıq. Türklərin oyununu çox yaxşı təhlil etdik və onların öhdəsindən necə gəlmək lazım olduğunu bilirik”.
Çempionlar Liqasında artıq asan rəqib olmadığını bildirən Keller, “sarı-qırmızılar”ın yeni transferləri Sneyder və Droqba haqda da fikirlərini ifadə edib: “Futbol 2 oyunçudan ibarət deyil. Bu bir komanda və nəticə oyunudur. Sabah birbaşa nəticə əldə etmək istəyirik və bunun üçün də güc sərf edəcəyik. Biz bura yaxşı bir nəticə almağa gəldik. Bu dəqiqədən etibarən artıq addım-addım irəliləmək istəyirik. Hədəfimiz 1/4 final mərhələsidir”.

0
0