“Uesli və Droqba kollektivə tez öyrəşirlər”
20.02.2013 - 01:30
“Uesli və Droqba kollektivə tez öyrəşirlər”
“Çoxları hesab edirlər ki, Uesli Sneyder və Didye Droqbanın mövcudluğu bizim növbəti mərhələyə keçməyimizə kömək edəcək. Amma nəzərə alın ki, hər iki futbolçu müqavilələrinin imzalanmasına qədər bir neçə ay oynamayıb. Ümid edirəm ki, onların təcrübəsi komandaya Çempionlar Liqasında yaxşı çıxış etməsinə kömək edəcək. Sneyder çox ağıllıdır. Çünki haqlı olaraq onu, əsas oyunçu adlandırırlar. Uesli və Droqba kollektivə tez öyrəşirlər və bu da məni sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə evdə “Şalke” ilə qarşılaşmadan öncə mətbuat konfransı keçirib.

“Türk Telekom Arena”da təşkil edilən konfransda jurnalistlərin sualları cavablandıran təcrübəli mütəxəssis meydana buraxacağı ilk “11-liy”ə də toxunub: “Start heyətdə Droqba çıxacaqmı? Bunu mən bu axşam həll edəcəyəm. Hazırda mən oyunçuları praktik olaraq müəyyən etdim. Yalnız bir düzəliş mümkündür. İlk “11-lik”də dəyişikliklər ola bilər. Amma bizim əhval-ruhiyyəmiz əvvəlki kimi qalacaq. Bu mövsüm bütün önəmli matçları biz ehtiyatla keçirirdik. Bu qayda ilə də “Şalke”yə qarşı oynamalıyıq”.