Bolqarıstan çempionu Azərbaycan milli komandasını xatırladıb
20.02.2013 - 09:50
Rusiya mətbuatı Moskva “Spartak” və Lokomotiv” klublarının İspaniyanın Marbelye şəhərində keçirdiyi yoxlama oyunlarında qüvvəsini sınadığı rəqibi Azərbaycan yığması ilə müqayisə edib. Apasport.az saytının məlumatına görə, “Sport-Ekpress” qəzeti “Spartak”ın 1:2 hesabı ilə uduzduğu, dəmiryolçular”ın 3:1 hesabı ilə qalib gəldiyi Bolqarıstanın “Ludoqorets” klubunu yığmamıza bənzədib.
Ruslar bunu belə əsaslandırıb: “Ümumiyyətlə, bu komanda “Lokomotiv”lə oyunda Azərbaycan yığmasını xatırladırdı. Bolqarlar çox texnikalıdır, müdafiədə sıx hərəkət edir və bir sıra futbolçuların ustalığı sayəsində kəskin əks-hücumlara ümid edir. Onların oyunu yetərincə primitivdir, ancaq çox layiqli qurulub. Belə pressinqdə istənilən rəqib ilişə bilər”.
Qeyd edək ki, “Ludoqorets” Bolqarıstanın son çempionudur.

0
0