Elhad Nəziri “Petrolul”da problemlə üzləşdi
20.02.2013 - 12:36
Elhad Nəziri “Petrolul”da problemlə üzləşdi
“Petrolul” dünən Antalyadakı təlim-məşq toplanışının ikinci mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Elhad Nəzirinin çıxış etdiyi Ployeşti klubu artıq Rumıniyadadır.

Komanda bazar günü keçiriləcək “Otselul”la oyunun hazırlıqlarına başlayıb. Ancaq Qalats şəhərində baş tutacaq qarşılaşmada Nəziri oynamaya bilər. Buna səbəb futbolçumuzun viza problemi ilə üzləşməsidir. Hazırda Elhad ölkəmizdədir və Rumıniyanın Bakıdakı səfirliyi vasitəsilə viza açdırmağa çalışır.

Qeyd edək ki, Elhad Nəziri yaxınlarda “Neftçi” və “Xəzər Lənkəran”ın sabiq fiziki hazırlıq üzrə italyan məşqçisi Covanni Melkiorrenin çalışdığı “Petrolul”la 3,5 illik müqavilə bağlayıb. O, Rumıniya klubuna Moldovanın “Milsami” klubundan keçib.