Futbolçunu minaatanla vurdular
20.02.2013 - 18:03
Futbolçunu minaatanla vurdular
Suriya futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, futbolçu məşq zamanı qətlə yetirilib.

Belə ki, Dəməşq stadionunu minaatandan atəşə tutulub. Bu zaman arenada məşq keçən paytaxtın “Vətba” klubunun 1 futbolçusu ölüb, bir neçəsi isə ciddi xəsarət alıb. Faciə 2 minanın partlaması üzündən baş verib.