Yığmanın 18 yaşlı futbolçusu güllələndi
20.02.2013 - 19:10
Yığmanın 18 yaşlı futbolçusu güllələndi
Ukrayna milli komandasının futbolçusu Viktoriya Pılıpiv güllələnib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət yığmanın üzvü olan 18 yaşlı qızın başına tapançadan atəş açıblar.

Hadisə İvano-Frankovsk şəhərinin əyləncə müəssisələrindən birində baş verib. “Nefteximik” klubunun futbolçusu ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Komada olan Viktoriyanın başında cərrahiyyə əməliyyatı aparılıb. Lakin idmançının durumu hələ də ağırdır.