“Bakı” hazırlığına Zaqatalada davam edəcək
20.02.2013 - 20:33
“Bakı”  hazırlığına Zaqatalada davam edəcək
“Bakı” Topaz Premyer Liqasının XXI turu çərçivəsində qarşılaşacağı “Simurq”la hazırlıqları Balakəndə davam etdirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, axşam saatlarında adıçəkilən rayona çatan “zolaqlılar” günü dincəlməklə başa vurub.

Düşərgədə bərpa prosesi keçən Uinston Parksın yoxluğunda zədəli və xəstə futbolçunun yer almaması yaxşı xəbərlər sırasındadır. Komanda oyun öncəsi son məşqini qarşılaşmanın baş tutacağı Zaqatala şəhər stadionunda saat 17.00-da keçirəcək.

Qeyd edək ki, “Simurq” 20 oyundan 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır. Zaqatalaya qələbə ardınca yollanan “Bakı” isə 26 xalla 7-ci pillədədir.

“Simurq” – “Bakı” qarşılaşması 22 fevral 2013-cü il tarixdə Zaqatalada baş tutacaq.