“Sumqayıt”ın zədəli futbolçusu artıq sıraya qayıdıb
20.02.2013 - 20:42
“Sumqayıt”ın zədəli futbolçusu artıq sıraya qayıdıb
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında “Turan”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Bayıl Arena”da məşqə çıxan baş məşqçi Bernhard Raabın komandasının heyətində zədəli futbolçu yer almır.

Zədə səbəbindən “Qarabağ”la qarşılaşmada iştirak etməyən Murad Ağayev də artıq sıraya qayıdıb. Əvəzedici heyətin üzvü Fərid Kərimzadə də hazırda əsas komanda ilə hazırlaşır.

Qeyd edək ki, “Sumqayıt” – “Turan” oyunu fevralın 24-də saat 15:00-da “Bayıl Arena”da keçiriləcək.