Kapello “Hannover” - “Anji” matçını izləyəcək
20.02.2013 - 22:12
DÇ-2014-ün qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello sabah “Hannover” - “Anji” qarşılaşmasını stadionda izləyəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçında üz-üzə gələcək komandaların oyununu italiyalı mütəxəssis Maxaçqala klubunun sahibi Süleyman Kərimovla birgə izləyəcək.
Qeyd edək ki, Fabio Kapello Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə “Atletiko” - “Rubin” matçını da stadionda izləmişdir.
Qeyd edək ki, Fabio Kapello Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə “Atletiko” - “Rubin” matçını da stadionda izləmişdir.
0
0