Aykut Kocaman qərarını verdi
21.02.2013 - 00:14
“Uzun bir müddətdən sonra yenə növbəti mərhələyə keçmək üçün meydana çıxırıq. Bunu bacarmağa yaxınıq və əldə etdiyimiz təqdirdə Avropada daha doğru istiqamətə addım atmış olacağıq. Hər yerdə və hər şəkildə qeyd etdiyim kimi, azarkeşsiz çıxış etməyimiz üstünlüyümüz ola bilməz. “Fənərbaxça” gücünü həmişə onlardan aldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib. O, Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçında BATE ilə qarşılaşmadan öncə fikirlərini bildirib.
Təcrübəli mütəxəssis Miloş Krasiçin satılacağı ilə əlaqədar olaraq bunları ifadə edib: “Krasiçin satılacağına dair mənim bir məlumatım yoxdur. Miloşun çətinliyi onun adaptasiya prosesidir. Elə problemdə budur. Heç bir oyunçu üçün bu anda şans verərək ondan istənilənləri almaq mümkün deyil. Krasiçin futbolçuluğuna dair hər hansı bir şübhəm yoxdur. Artıq həm Superliqada, həm də Avropa Liqasında xal itirmək olmaz”.

0
0