Çələbiyev turnirinə qələbə ilə başladı
21.02.2013 - 00:30
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışı məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yollanan boksçularımızdan artıq ikisi rinqə çıxıb.
İlk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev mübarizəyə qoşulub. Son Azərbaycan çempionatının bürünc mükafatçısı Bolqarıstan boksçusu Stefan Kutsarovu 16:7 hesabı ilə məğlub edib. Çələbiyev növbəti mərhələdə Rusiya milli komandasının əsas üzvü, 2007-ci ilin dünya çempionu, 2009-cu ilin isə dünya çempionatının gümüş mükafatçısı Sergey Vodopyanovla qarşılaşacaq.
69 kq çəki dərəcəsində yarışan Bəhruz Babayev isə ilk döyüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Boksçumuz Braziliya təmsilçisi Roberto Quieroza 6:12 hesabı ilə məğlub olub.
Axşam proqramında daha 2 boksçumuz gücünü sınayacaq. Son ölkə çempionatının finalçısı Münasib Məmmədov (49 kq) təcrübəli Bolqarıstan boksçusu Georgi Andonovla üz-üzə gələcək. 19-22 yaşlıların Avropa çempionatının qalibi Elvin İsayev isə Ukrayna nümayəndəsi Dmitro Qrinçeno ilə qarşılaşacaq.
Qeyd edək ki, İsayev bu dəfə yeni çəki dərəcəsində - 64 kq-da mübarizə aparır. “Strandja” turnirinə fevralın 23-də yekun vurulacaq.

0
0