Fatih Terim “Qalatasaray”ın çox səhvlər etdiyini bildirdi
21.02.2013 - 04:41
Fatih Terim “Qalatasaray”ın çox səhvlər etdiyini bildirdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə evində “Şalke” ilə qarşılaşmadan sonra “Qalatasaray”ın baş məşqçisi Fatih Terim mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı öncə hesabda önə keçdiklərini, lakin bu üstünlüklərini sona qədər qoruya bilmədiklərini ifadə edib.

O, “Cim-Bom”un çox səhvlər etdiyini bildirib: “Ancaq bu səviyyələrdə edilməyəcək səhvlər vardır. Bunlardan biri də qapımızdan buraxdığımız qoldur. Bu oyunlarda bu səhvlər olmazdı. Vurduğumuz qolla, buraxdığımız qolun arasında bir neçə dəfə fərqlənmək imkanlarımız vardı. Belə matçlarda çox fürsət əldə edə bilmirsən. Əgər harada əlinə belə imkan düşdü, ondan maksimum yararlanmalısan. Qapımızdan buraxdığımız top bizim kefimizi çox pozdu. Yenidən fərqlənmək istədik. Lakin alınmadı”.

Qeyd edək ki, “Qalatasaray” - “Şalke” matçı 1:1 hesablı bərabərə qalıb.