Andres İnyesta: “Nou Kamp”da tamamilə başqa hesab olacaq
21.02.2013 - 07:15
Andres İnyesta: “Nou Kamp”da tamamilə başqa hesab olacaq
“Nə vaxt ki, sən öz oyununu göstərmirsən, onda belə hallar olur. Bu, çox pis nəticədir və bu, həmçinin Çempionlar Liqasıdır. Ona görə hər şey mümkündür. Və budur biz matçın çox iyrənc nəticəsinə malikik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta səsləndirib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə səfərdə “Milan”a 2:0 hesabı ilə məğlubiyyətdən sonra matçla bağlı açıqlama verib.

İspaniya milli komandasının üzvü cütün taleyini “Nou Kamp”da həll edə biləcəklərini vurğulayıb: “Rəqib çox yığcam hərəkət edirdi. Amma qarşıda yenə də cavab matçı var və biz hamımız inanırıq ki, bu vəziyyəti düzəldə biləcəyik. “Nou Kamp”da tamamilə başqa hesab olacaq”.