Boatenq “Milan” - “Barselona” matçının ən yaxşı futbolçusu seçildi
21.02.2013 - 07:48
Boatenq “Milan” - “Barselona” matçının ən yaxşı futbolçusu seçildi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə “Milan” - “Barselona” matçının ən yaxşı futbolçusunu seçib. Apasport.az saytının məlumatına görə, bu, gecənin qəhrəmanlarından biri olan Kevin-Prins Boatenqdir.

Qana milli komandasının üzvü matçın 57-ci dəqiqəsində hesabı açaraq komandasının qələbə qazanmasında böyük pay sahibi olub.

Qeyd edək ki, “Milan” evində “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.