“Barselona”nın 132 oyunluq seriyası qırıldı
21.02.2013 - 09:28
“Barselona”nın 132 oyunluq seriyası qırıldı
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İtaliyanın “Milan” klubuna 0:2 hesabı ilə uduzan İspaniya “Barselona”sının 25 aylıq seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, kataloniyalılar 2011-ci ilin yanvarından 2 və ya daha çox top fərqi ilə uduzmurdu.

Yanvarın 20-də baş tutan həmin qarşılaşmada “Barselona” İspaniya kubokunun “Betis”lə səfər matçında 1:3 hesabı ilə yenilmişdi. Həmin qarşılaşmadan sonra ispaniyalılar 132 rəsmi matçda 2 top fərqi ilə uduzmamışdı.