Liderlərin savaşı Ağayevə, “altılıq” oyunu Yusifova tapşırıldı
21.02.2013 - 10:39
Liderlərin savaşı Ağayevə, “altılıq” oyunu Yusifova tapşırıldı
Topaz Premyer Liqasında XXI turun oyunlarına təyinat almış hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatın liderləri “İnter” və “Neftçi” arasında qarşılaşma FİFA referisi Əliyar Ağayevə tapşırılıb. İlk “altılığ”a düşmək baxımından vacib əhəmiyyət kəsb edən “Qəbələ” – “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov fit çalacaq.


22 fevral (cümə)

15:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Ömər Paşayev
Bayıl Arena stadionu

17:00. “Simurq” – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov
Zaqatala şəhər stadionu

23 fevral (şənbə)

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev
Qəbələ şəhər stadionu

18:00. AZAL – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev
AZAL Arena stadionu

17:00. “Neftçi” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakcell stadionu (8-ci km.)

24 fevral (bazar)

15:00. “Sumqayıt” – “Turan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bayıl Arena stadionu