Yığmamızın futbolçusu iştirak ərizəsinə daxil edilmədi
21.02.2013 - 10:51
Yığmamızın futbolçusu iştirak ərizəsinə daxil edilmədi
Rusiyanın “OİK-Energiya” klubu Milli Futbol Liqasındakı (I divizion) iştirak ərizəsinə daha 7 futbolçunun adını əlavə edib. Apasport.az saytının məlumatına görə, Xabarovsk təmsilçisi qış transferlərindən heç də hamısını sifariş etməyib. Azərbaycan milli komandasının futbolçusu David Qarayevin adı bu 7 oyunçu siyahısına düşməyib. Yığmamızın üzvünün kənarda qalmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Qarayev bu ay yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.