Elvin Musazadə: Belə getsə, “Rəvan”a qarşı da oynamayacam
21.02.2013 - 12:19
“Hazırda “Rəvan”ın əvəzedici komandası ilə oyuna gedirəm. Görünür, bu tur da əvəzedicilərin heyətində çıxış edəcəm”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Musazadə deyib.
Qış fasiləsində “Rəvan”dan “Qarabağ”a 2 futbolçu keçdi ki, bunlardan biri argentinalı yarımmüdafiəçi Kristian Torres, digəri 21 yaşlı Elvindir. PFL prezidenti Ramin Musayevin oğlu isə hələ də debüt edəcəyi anı həsrətlə gözləməkdədir.
“Qəbələ” və “Sumqayıt”la görüşlərdə adı “18-liy”ə salınmayan Musazadə sabiq klubuna qarşı oynamağı çox istəyirmiş: “Əsas debüt etməkdir. Oynamaq istəyirəm. Təbii ki, “Rəvan”a qarşı meydana çıxsaydım, bu, ikiqat sevinc olardı. Çünki o komandada özümü göstərə bilmədim. “Rəvan”a qarşı oynayıb, zəif futbolçu olmadığımı isbat edə bilərdim. Belə getsə, sabiq komandama qarşı da debüt etməyəcəm. Hələlik oynamamağımın səbəbini baş məşqçi Qurban Qurbanovdan soruşmamışam”.
Səbuhi TOFİQOĞLU

0
0