Paytaxtda zirvə, əyalətdə vəsiqə mübarizəsi
21.02.2013 - 13:02
Paytaxtda zirvə, əyalətdə vəsiqə mübarizəsi
Sabah Topaz Premyer Liqasında XXI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk və son oyunu “Bayıl Arena”da baş tutacaq.

Turun mərkəzi görüşü “Neftçi” və “İnter” arasında keçiriləcək. Ən azından ona görə ki, bu komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. Bu mənada paytaxt derbisi çempionluq uğrunda mübarizədə həlledici olmasa belə, müəyyən rol oynaya bilər.

Hər halda, “İnter” qalib gələrsə, “ağ-qaralar”la xal fərqini beşə yüksəldib, final mərhələsi öncəsi böyük üstünlük qazanacaq. “Neftçi” 3 xal qazanacağı təqdirdə, cari mövsümdə ilk dəfə zirvəyə yüksələcək.

Əyalətdə isə “altılığ”a vəsiqə uğrunda mühüm oyunlar keçiriləcək. Bu mənada ilk qarşılaşma Zaqatalada olacaq. “Bakı” şansını saxlamaq üçün “Simurq”a səfərdə mütləq qalib gəlməlidi.

Digər 2 iddiaçı – “Qəbələ” və “Xəzər Lənkəran” bir-biri ilə görüşəcək. Bu komandalar “Bakı”dan 1 gün sonra meydana çıxacağından, öz aralarındakı matça əsas rəqibinin oyununun nəticəsini bilərək çıxacaq. Yəni, “zolaqlılar”ın 3 xal qazanmağı Qəbələdə qələbənin əhəmiyyətini daha da artıracaq. “Bakı” Zaqatalada xal qazanarsa, şansını son kimi saxlayacaq.

“Qəbələ” qalib gələrsə, final mərhələsinə vəsiqə qazanan 5-ci komanda olacaq. Meydan sahibləri “ağ-yaşıllar”la xal üstünlüyünü qorumaq üçün ən azı heç-heçə etməlidirlər. Son turda öz meydanında “Sumqayıt”la görüşəcəyindən, cənubluları qələbə böyük ölçüdə “altılığ”ın iştirakçısı edəcək.

Liderlərin ən yaxın izləyicisi “Qarabağ” ilk dövrədə xal itirdiyi “Rəvan”ın qonağı olacaq. “İnter”lə “Neftçi”nin duelində xal itkisi qaçılmaz olduğundan, ağdamlılara qələbə rəqiblərinə bir qədər də yaxınlaşmaq imkanı yaradır.

Mükafatlar uğrunda mübarizə aparmağa cüzi şansı qalan AZAL-ın evdə autsayderlə oynamağı işinə yarayır. Belə ki, “təyyarəçilər” son pillədəki “Kəpəz”i məğlub etməyə borcludur. Bu zaman “Bakı”nın qalib gələ bilməməyi və Qəbələdəki oyunun heç-heçə bitməyi AZAL-ın mübarizəni son tura kimi aparmağına imkan yaradacaq.

Tura bazar günü yekun vuracaq yeganə oyunda qonşuların qarşıdurmasını izləyəcəyik. “Turan”dan fərqli, “Sumqayıt”ın ilk 6 komanda arasında olmağa nəzəri şansı qalsa da, indi onu daha çox maraqlandıran təhlükədən zonadan uzaqlaşmağıdır.

22 fevral

15:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Ömər Paşayev
Bakı. “Bayıl Arena” stadionu
İlk dövrədəki oyun – 0:0

17:00. “Simurq” – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:0

23 fevral

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1

17:00. “Neftçi” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. “Bakcell Arena” stadionu (8-ci km.)
İlk dövrədəki oyun – 1:1

18:00. AZAL – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev
Bakı. “AZAL Arena” stadionu
İlk dövrədəki oyun – 2:0

24 fevral

15:00. “Sumqayıt” – “Turan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı. “Bayıl Arena” stadionu
İlk dövrədəki oyun – 1:0


komandaoqhmtx
1
İnter
20
11
7
2
24-10
40
2
Neftçi
20
12
2
6
42-22
38
3
Qarabağ
20
9
8
3
27-17
35
4
Simurq
20
9
7
4
24-14
34
5
Qəbələ
20
8
5
7
23-21
29
6
Xəzər L
20
7
6
7
30-23
27
7
Bakı
20
5
11
4
22-14
26
8
AZAL20
5
8
7
23-24
23
9
Rəvan
20
6
4
10
20-31
22
10
Sumqayıt
20
5
6
9
18-36
21
11
Turan
20
5
5
10
21-32
20
12
Kəpəz
20
2
3
15
11-41
9

Bombardir: Nikolas Kanales (Neftçi) – 19