Rüfət Dadaşov “Kayzerslautern”də 14 dəqiqə oynadı
21.02.2013 - 13:20
Rüfət Dadaşov “Kayzerslautern”də 14 dəqiqə oynadı
Milli komandamızın hücumçusu Rüfət Dadaşov “Kayzerslautern”in II komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər”in U-23 komandası evdə “İdar-Oberştayn”in qapısından 3 cavabsız top keçirib.

Bu qarşılaşmada Rüfət 14 dəqiqə meydanda olub. Futbolçumuz 76-cı dəqiqədə digər hücumçu Yulian Derştroffu əvəzləyib. Bu əvəzetmə olarkən “Kayzerslautern” artıq ilk yarıda qələbəni təmin etmişdi.

Qeyd edək ki, Rüfət bundan öncə qolsuz başa çatan “Frankfurt”un II komandası ilə görüşdə də Derştroffu əvəzləmişdi. Ancaq Dadaşov onda 12 dəqiqə mübarizə aparmışdı. Hazırda onun komandası Regionalliqanın “Cənub-Qərb” zonasında 32 xalla 6-cı sıradadır.